Neft, qızıl qədər qiymətli Xəzərdə nərə və qızılbalıq yetişdirilməsi potensialı. Akvakultura.

Xəzərdə dəniz vətəgələri ilə nərə və qızılbalıq yetişdirilməsi üzrə böyük potensial.

Xəzər dənizi ətrafındakı ölkələrə qarşı səxavətli olmuşdur.

Bildiyimiz kimi, ölkəmizin əsas ixracı (93%-ı), gəlirləri, bütövlükdə iqtisadiyyatı neft/qaz emalı, neft/kimya məhsulları üzərində qurulmuşdur. Hazırda adıçəkilən fəaliyyətin böyük hissəsi Xəzər hövzəsində həyata keçirilir. Birçox mənbələr isə  artıq qlobal miqyasda post neft dövrünün başlandığını düşünür.Lakin qeyd etmək lazımdır ki, Xəzərin biopotensialından hələ də tam və effektiv istifadə olunmur.

Azərbaycan tam 813 km Xəzər dənizi ilə sərhədə və burada yerləşən mühim bioloji resursa sahibdir.


Balıq və dəniz məhsulları isə ölkəmizdə və eləcə də,  dünyada son illər ərzində daima tələbatı və qiyməti qalxan qida məhsulları arasındadır.

Yaxın tarixə nəzər salsaq həm SSRİ dövrü sonlarında və növbəti illər ərzində də xəzərin qiymətli bioloji resurslar yüksək sürətlə tükənməyə doğru getmişdir. Xəzərdə balığartırma müəsisələri fəaliyyət göstərməsinə baxmayaraq, bunun dəniz resurslarının artımına elə də böyük təsiri olmamışdır .2000-ci illərin əvvəllərindən etibarən isə ehtiyyatların azalması səbəbi ilə illik balıq ovu həcmi mütəmadi aşağı düşmüşdür.

Dəniz vətəgələri

Belə vəziyyətdə Xəzərdə müasir Akvakultura praktikası və dəniz vətəgə qəfəslərinin istifadəsi müsbət dəyişikliklərə səbəb ola biləcəyi düşünülür,

Artıq oxşar təcrübədən cənub qonşumuz olan Iran yararlanmağa başlamışdır.Nümunə üçün qeyd etmək istərdik ki, Azərbaycanda qırmızı kitaba salınmış xəzər qızılbalığı(forel) İranın Xəzər akvotoriyasında təbii yolla dəniz vətəgələrində yetişdirilir

Açıq dəniz vətəgələri və qəfəslərinin, ümumilikdə
akvakultura sahəsinin aşağıdakı müsbət cəhətləri mövcuddur:

  • İqtisadi cəhətdən səmərəlidir və dünya miqyasında özünü sübut etmişdir.
  • Ekologiya dostudur.
  • Müasir vətəgə/qəfəslər tam 20 ilə kimi uzun müddət istifadə oluna bilər.
  • Burada yetiştilən dəniz məhsullar yüksək keyfiyyətə sahib olur.
  • Biznes prosesi davamlıdır və ekoloji fəsadlara yol açmır.

İlkin hesablamalara əsasən Xəzərin Azərbaycan sektorunda akvakultura və dəniz məhsulları yetişdirmənin, xüsüsi ilə fərqli növ nərə və qızılbalıq növlərinin yetişdirilməsinin yüksək qazanclı və böyük potensiala sahib olduğu düşünülür.
İqtisadi baxımdan isə, adıçəkilən praktikanın tətbiqinin dəniz məhsulları emalının artıracağı, ixracı şaxələndirəcəyi, yeni iş yerləri və sahələrin inkişafına səbəb olacağı qənaətinə gəlinmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *