Nazir: “Şuşa Yaşıl Enerji Zonasının mərkəzinə çevrilir”
“Şuşa Yaşıl Enerji Zonasının mərkəzinə çevrilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov tviter səhifəsində yazıb.
“Şuşa ili”ndə Şuşa şəhərində enerji tədbirinin keçirilməsi qürurvericidir”, – nazir bildirib.
Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya keçirilir.