Nəhəng enerji şirkətləri “Delta” qasırğasından sonra Meksika körfəzində neft-qaz hasilatını bərpa edib
Nəhəng enerji şirkətləri “Delta” qasırğasından sonra Meksika körfəzində neft və təbii qaz istehsalı obyektlərinin fəaliyyətini bərpa edib.
“Royal Dutch Shell”, “BHP Group” və “Chevron” qasırğadan sonra körfəzdə neft-qaz hasilatını yenidən bərpa edib.
Qeyd edək ki, ötən həftə Yukatan yarımadasını keçən və ABŞ sahillərinə yönələn “Delta” qasırğası Meksika körfəzində əsas neft emalı zavodlarının dayandırılmasına səbəb olmuşdu. Qasırğa səbəbindən Meksika körfəzindəki enerji şirkətləri neft hasilatının 92 faizini, təbii qaz istehsalının isə 62 faizini dayandırmışdı.
Mənbə: AZƏRTAC