Muzeylər dezinfeksiya işlərindən sonra açılıb

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Report”a açıqlamasında deyib ki, sentyabrın 1-dək onlayn rejimində işləyiblər: “Artıq muzeylərin fəaliyyətinə icazə verilib və ziyarətçilərimiz də var. Amma bir dəfəyə yalnız 5 nəfəri içəri buraxırıq. Çünki qaydalara əməl etmək lazımdır. Ziyarətçi sayı xarici turizm açıldıqdan sonra dəfələrlə artacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. Bu Qərara əsasən, fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *