Mülki vətəndaşlarımız yenə də terrora qarşı! Atəş davam edir!

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

– Tərtər – 423 mərmi

– Ağdam – 49 mərmi

– Ağcabədi – 24 mərmi 

– Goranboy – 2 mərmi

– Naftalan/Goranboy – “Smerch” raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *