Moskva əmindir ki, “Azərbaycan heç zaman Qarbağı güzəştə getməyəcək!”

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvaya səfəri çəçivəsində Rusiyanın və Ermənistanın XİN rəhbərləri ilə 10 saat 16 dəqiqə danışıqlar aparıb. Danışıqlar çərçivəsində 4 punkt üzrə razılaşma əldə olunub.

4 punkt:

  1. 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur.
  2. Atəşkəs rejimnin konkret parametlərli əlavə olunaraq razılaşdırılacaq
  3. Azərbaycan və Ermənistan respublikaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaiqşənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantive danışıqları başlayır.
  4. Tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.

Məlum məsələdir ki, danışıqlar mərhələsində rəsmi İrəvan heç bir tələblə çıxış edə bilməyib və görüşün təşkil olunmasında əsas təşəbbüskar tərəfdir. Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə dəfələrlə zəng etməsi ən azından humanitar atəşkəsi aktivləşdirməyə təkan verdi. Azərbaycan tərəfi şübhəsiz ki, danışıqlarda öz prinsipial mövqeyindən dönmədi və nəticədə yalnız 4 ümumiləşdirilmiş müddəaların açıqlanması razılaşdırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh prosesi üçün əsas tələbi məlumdur:

“Ermənistan işğalçı qüvvələri torpaqlarımızı dərhal tərk etməlidir!”

Bu müddəa ehtimal ki, danışıqların başlıca prinisipi olaraq müəyyən ediləcək. Rəsmi İrəvan və Moskva şübhəsiz ki, Azərbaycanın Qarabağ məsələsində heç bir vəchlə geriyə addım atmayacağını anlayır və qəbul edir. Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər absurd fikirlərlə Xarici mediada çıxış etsə də, psixoloqların fikirincə qarşı tərəf bunu psixi basqının nəticəsi olaraq qəbul edir. Beynəlxalq hüquq müstəvisində Qarabağın Azərbaycan ərazisi kimi tanınması heç bir zaman dəyişilməyəcək fakt olaraq qalacaq.

Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatların gedişində şərtləri rəsmi Bakı müəyyən edəcək və Azərbaycana qarşı hansısa əlavə şərtlərin təqdim olunması müstəvisində onların qəbulu mümkün deyil.

Status-kvo dəyişdirilib və Ermənistana göstəriləcək hansısa dəstək, prosesslərin ölkəmizin xeyrinə davam etməsinin qarşısını almayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *