“Moody’s”: Azərbaycanın cari əməliyyatlar hesabının builki kəsiri ÜDM-in 2,6%-nə bərabər olacaq
“Moody’s Investors Service” bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 2,6% təşkil edəcəyin proqnozlaşdırır.
2021-ci ildə cari əməliyyatlar hesabının balansının profisitə qayıdaraq ÜDM-in 4%-nə çatacağı gözlənilir.
Xatırladaq ki, “Fitch Ratings” agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4,1%, “S&P Global Ratings” – 4%, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu – 3,6%, Dünya Bankı isə 0,7% təşkil edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, 2020-ci ilin ilk yarısından Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib. 2019-cu ilin yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.