Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
İclasın gündəliyinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” və “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələlər daxildir.
Parlamentin iclasında Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edir.