Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub. 

Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İlqar Fərzəliyev vəzifəsindən azad edilib, Fərid Hacıyev həmin şöbəyə müdir təyin edilib.

Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev Aparatın Katibliyindən çıxarılıb, onu İcraya nəzarət sektorunun müdiri Səməd Sultanov əvəzləyib. 

MM-in İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Yerli və mərkəzi icra orqanları ilə iş sektorunun müdiri Emin İmanov İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini təyin edilib. 

Qeyd edək ki, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini Teymur Tağıyev  olub. O, Katibliyin rəisi təyin edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *