Milli Məclis Ali Baş Komandan və Azərbaycan xalqına müraciət edəcək
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxildir.
1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.