Milli işəqəbul platformamız. Talhunt-ın İR (insan resurları) bazarı üçün önəmi!

Dünyanın günü gündən dəyişməsi , sistemlərin avtomatlaşdırılması demək olar ki, bütün iş sahələrində öz təsirini göstərmişdir. Pandemiya səbəbi ilə artıq bütün müəssisələrdə proseslərin avtomatlaşdırılması sürətli şəkildə baş verir. İstifadə edilən sistemlər aparılan işlərin daha qısa zamanda həll edilməsinə və daha az xərc çəkilməsinə gətirib çıxarır.

Hal hazırda Azərbaycanda bəzi proseslər avtomatlaşdırılsada təəssüflər olsun ki, bir çox şirkətlərdə işə götürmə prosesi hələ də köhnə qaydada davam edir. Yaxşı kadrın işə götürülməsi zamanı çoxlu zaman və pul xərclənir. Bəzi hallarda aylarla davam edən vakansiyada uyğun namizədin tapılması uğursuzluqla nəticələnə bilir. Bu kimi bir çox problemləri nəzərə alaraq və bazar araşdırması nəticəsində yerli məhsul olan Talhunt yaradılmışdır. 2 il müddətində ortaya çıxan məhsul artıq bir çox şirkətlərin işlərini daha qısa zamanda həll etməsinə gətirib çıxarır.

Talhunt işə götürmə prosesini avtomatlaşdıran proqram təminatıdır. Talhunt CV bazası yaratmaqla yanaşı var olan namizədlər barəsində qeydlərini özündə toplayan sistemdir. Artıq kağız və zaman israfının qarşısını alan Talhunt sistem istifadəçilərinə bir çox rahatlıq yaratmaqdadır.

Sistem üzərindən avtomatik göndərilən maillər vasitəsilə namizədlər və müsahibə iştirakçıları ən son yeniliklərdən xəbərdar olurlar. Həmçinin kalendar inteqrasiyası vasitəsilə hər kəs günlük planlamasını daha rahat şəkildə apara bilir.

Rollara uyğun olaraq verilən icazələrə görə isə sistem istifadəçiləri lazımi məlumatları görür və əlavə məlumat çoxluğu ilə yorulmurlar. Əgər bir namizəd bir neçə vakansiyaya müraciət edibsə sistem tərəfindən müəyyən edilir və namizəd profilində göstərilir bu da HR və ya Recruiterlərin namizəd barəsində məlumat almasını sürətləndirir.

Sadəcə bununla bitməyən bir çox sistem funksionallığı işə götürmə prosesini daha qısa zamanda həll edilməsinə köməklik göstərir. Prosesin avtomatlaşdırılmadan və Ortalama olaraq bir vakansiyaya 250 namizəd müraciət etdiyini nəzərə alaraq doğru namizədin tapılması aylar çəkə bilir lakin Talhunt vasitəsilə ortalama olaraq 20–25 gün olduğu hesabatlarda öz əksini tapmışdır.

Həmçinin kariyera saytı olmayan şirkətlər üçün əlavə üstünlük hesab edilən digər funksionallıq isə şirkətə uyğun olaraq kariyera səhifəsi (https://jobs.talhunt.az/atl ) verilməsidir. Verilən linkdən istifadə edərək namizəd müraciətləri qeydə alınır.

Hal hazırda Talhunt barəsində ətraflı məlumat almaq üçün https://talhunt.az web saytı istifadədədir. Həmçinin Talhunt istifadə edən şirkətlərin bütün vakansiyalarının görülməsi üçün https://jobs.talhunt.az saytı istifadəyə verilmişdir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *