Mikayıl Cabbarov təsdiqlənmiş faiz subsidiyasının məbləğini açıqladı
Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
“Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır”, – o qeyd edib.