Mikayıl Cabbarov: “Bu il qeyri-neft ixracımızın dəyəri 2,6 milyard dolları keçəcək”
“Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixrac dəyəri rekord həddə çataraq 2,6 milyard ABŞ dollarını keçəcək”, – o deyib.