“Maaş yetməzliyi” problemi… Niyə əmək haqqımız aşağıdır?
Dünya təcrübəsində “maaş yetməzliyi” və ya “unsatisfied salary” anlayışı iqtisadçıların ən çox araşdırdığı mövzulardan biridir. İnsan kapitalının müəssisə daxilində ən vacib faktor olması şirkətlərin ən böyük xərc seqmentinin maaş ödəməsi olmasına gətirib çıxarır. Buna görə də böyük şirkətlər daha ixtisaslı kadrlarla çalışır və onlara yüksək məvacib ödəyir. Təcrübə göstərir ki, “Qlobal maaş yetməzliyi” problemi insanların məhz bu faktoru nəzərə almaması səbəbindən irəli gəlir.
“Ay El O” agentliyi 2018-2019-cu illər üçün təqdim etdiyi “Qlobal Maaş” hesabatında “maaş bərabərliyi” indeksini 35.5 bənd müəyyən edib. İndeks üzrə qiymətləndirməyə əsasən:
- Ermənistan 24.4,
- İordaniya 27.7,
- Ekvador 31.1,
- İndoneziya 40.6
bənd səviyyəsi ilə maaş bərabərliyinin ən çox pozulduğu ölkələr sırasında yer alıb.
Hesabatda Azərbaycan nominal əmək haqqı artım səviyyəsinə görə müsbət dinamika sərgiləyən ölkələr sırasındadır. Belə ki, ölkəmizdə 2013-2017-ci illər aralığında nominal əmək haqqı 103 Manat yüksəlib və əhalinin orta yaşam standartları bu artıma uyğundur.
Keyfiyyət və kəmiyyət analizi metodları göstərir ki, maaş bölgüsünün aparılması zamanı ən çox diqqət edilən faktor işçinin ixtisas və təcrübə səviyyəsidir. Yəni, kadrın ixtisası və bacarığı yüksəkdirsə, onun gəlirlilik səviyyəsi də yüksək olur. Maaş hesablanmasında nəzərə alınan digər bir faktor isə işçinin şirkət üçün faydalılıq əmsalıdır. Bir çox iri korporativlər məhz, bu əmsalı işçi qəbulu zamanı prioritet kimi qəbul edir. Qlobal reytinqdə maliyyəçilər şirkətlərin gəlirlilik səviyyəsini ən çox artıran insanlar olması səbəbindən ilk sıralarda yer alırlar.
Qeyd edək ki, 2020-ci il üçün mütəxəssislər maaş qaneetmə əmsalını 0.263 səviyyəsində qiymətləndirib və növbəti ildə bu əmsalın mənfi rəqəmlərə enəcəyi ehtimal olunur.
“iqtisadchi.az”la qalın!