Levon Aronyan Ermənistanı tərk edib
Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.
Şahmatçı bununla bağlı paylaşım edib.
O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə addım atıb: “Ötən il hamımız üçün ağır oldu: epidemiya, müharibə, mənim üçün şəxsi faciə və dövlətin erməni şahmatına biganəliyi. Hazırkı hakimiyyətin vədlərinə əməl etməsini bir ildən artıq gözlədim və başa düşdüm ki, çətin qərar qəbul edib ölkəni tərk etməliyəm. Aydın məsələdir ki, mənim idman karyeram baxımından dəyişikliklərsiz hər gözləmə ili boş vaxt itkisidir. Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda qələbələri”.