Korrupsiyaya yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanıb
Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Bunu Baş prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.