KOBİA-nın şirkəti nizamnamə kapitalını azaldır
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını 800 min manat və yaxud 17,8 % azaldır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbət verilir.
Məlumata görə, şirkətin kapitalı 4,5 milyon manatdan 3,7 milyon manata endirilir.
Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, 2020-ci ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.