Kiber Müharibəyə hazırıqmı? “IT” sahəsi üzrə kazdr bazamız və onların əmək haqqı… – ANALİTİKA

Ermənistanla fiziki müharibə başa çatsa da, proqnozlar onu göstərir ki, informasiya və kiber müharibə hələ uzun müddət davam edəcək.

Xeyli müddətdir xarici ölkələrdə güclü diaspor fəaliyyəti ilə məşğul olan ermənilər buradakı əlaqə şəbəkələrini genişləndirib. Bu səbəbdən informasiya və media sahəsində təhlükəli kadr bazası formalaşdırıblar. Təəssüf ki, hazırda bir çox tanınmış media orqanlarının tərkibində erməni əsilli jurnalist və mütəxəssislər çalışır.

“IT” mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. Bu mütəxəssis qrupları müxtəlif fəaliyyət istiqamətlərinə cəlb olunaraq, həyatımızın bütün sferalarına daxil olmuş İnformasiya texnologiyalarının idarəsi ilə məşğul olurlar. Azərbaycanda da “IT” mütəxəssisləri şəbəkə idarəetməsində, veb saytların yaranmasında, kiber təhlükəsizliyin təmin edilməsində və digər seqmentlərə fəal cəlb olunurlar. II Qarabağ müharibəsi zamanı Azərbaycan informasiya müharibasində də qələbə qazanmağı bacardı.

Müşahidələr onu göstərir ki, Ermənistan tərəfi İnformasiya müharibəsinin dayandırılmasında maraqlı deyil. İnformasiya müharibəsindəki uğurun qorunub saxlanması sektor üzrə ixtisaslı mütəxəssislərə ciddi ehtiyac yaradır. Dövlət Statistika Komitəsinin 2019-cu il üzrə Məşğul əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsünə dair dərc etdiyi hesabata görə İnformasiya və rabitə sahəsində çalışanların ümumi sayı respublika üzrə fəal əhalinin 1.3 faizinə bərabərdir və son 9 ildə sektor üzrə işçi artımında ciddi artım baş verməyib. Bu səbədən IT sahəsində bir çox hallarda beynəlxalq şirkətlərin xidmətindən istifadə olunur.

Hazırda İnformasiya Texnologiyaları ixtisası bir çox dövlət və özəl universitetlərdə tədris olunur. Eyni zamanda sektor üzrə kadr potensialının artırılması üçün özəl akademiyalar da fəaliyyətə başlayıb. Amma tələbələr arasında aparılan sorğular onu göstərir ki, ixtisas üzrə tələb olunan biliklərin çoxluğu əksəriyyətin ona marağını azaldır.

Amma bir məqam var ki, qlobal müstəvidə “IT” sahəsi üzrə çalışanların əmək haqqı yüksək məvacibli ixtisaslardan hesab olunur. Ölkəmizdə bu peşə sahibləri tutuduqları vəzifədən asılı olaraq 1000-3000 manat aralığında əmək haqqı əldə edir. Ekspertlərin fikirincə isə, gələcəkdə “Ay ti” sahəsində çalışanlarım əmək haqqında ciddi artım baş verəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *