Kadr effektivliyinin artımına necə nail olmaq olar? – Araşdırma

Şirkət rəhbərləri tabeliyində olan kadrların effektivlik səviyyəsinə hər zaman önəm verir. Müsair dövrümüzdə bir çox korporasiyalar işçinin effektivlik səviyyəsini artırmaq üçün aylıq, rüblük və ya illik fəaliyyət planı hazırlayır. “Kollektiv iş” meyarının kadrlar arasında geniş yayılmasına nəzarət İnsan resursları mütəxəssislərinin diqqət mərkəzində olan əsas amillərdəndir. Bəs kadr potensialının yüksəldilməsi üçün nə etmək lazımdır?

QREQ BRİTSON

İnsan Resursları mütəxəssisi

“Analizlərə baxsaq deyə bilərik ki, təlimlər zamanı hədəf və ehtiyaclar düzgün seçilməlidir. Təlimçi iştirakçıya və departamentinə lazım olanı yaxşı araşdırmalıdır. Təlimin məqsədi, strukturu və resursları düzgün seçilməlidir. Kadr potensialının yüksəldilməsi üçün bir çox alət və yanaşma mövcuddur. Təlimlərdən bir çox asılıdır. Çünki təlimdən sonra kadrın məsələyə və ya işə yanaşmasında fərqlilik dərhal hiss edilir. Bu tip tədbirlər kadr potensialının yüksəldilməsinə xidmət edir.”

Azərbaycanda çox az sayda şirkət və ya müəssisədə kadr strategiyasında effektivlik səviyyəsinə diqqət edilir. Ekspertlərin fikrincə, bir çox şirkətlər bu tip əlavə tədbirlərin keçirilməsini həm xərc, həm də imic baxımından  özlərinə uyğun hesab etmir. Nəticə etibarı ilə, kadr potensialına diqqət edilməməsi müəssisənin xidmət səviyyəsinin azalmasına səbəb olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *