“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə qeydiyyat davam edir.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə
qeydiyyat davam edir.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar
Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun
təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir.
Layihənin əsas hədəf qurupu İsmayıllı rayonunun Buynuz, Xanəgah,
Təzəkənd kəndləri və Lahıc qəsəbəsinin sakinləri, xüsusi ilə işsiz gənclər,
gənc ailələr və qadınlar, şəhid ailələri, qazilər və onların ailə üzvləridir.
Layihə 7 ay müddətində 4 mərhələdə davam edəcək. 1-ci mərhələ “ictimai
maarifləndirmə” mərhələsidir ki, artıq kəndlər üzrə yerli əhali ilə üzbəüz
görüşlər keçirilib, onlar layihə haqqında məlumatlandırılıb. Bu mərhələdə
300 nəfərə yaxın kənd əhalisinin məlumatlandırırlması həyata keçirilib və
bir qrup kənd sakini layihədə iştirak haqqı qazanıb. Hal-hazırda layihə
iştirakçılarının qeydiyyatı davam edir. 
Qeydiyyatdan keçmək üçün 25 yanvar 2021-ci il tarixinə qədər
bizimdiyar.az saytına müraciət etmək və ya +994503418504 nömrəsi ilə
əlaqə saxlamaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *