Kənd Təsərrüfatı Nazirliyi 3 milyon manatlıq tenderə yekun vurub
Kənd Təsərrüfatı Nazirliyi aqrar yönümlü peşə təhsili məktəbinin avadanlıqlarla (mebel və inventar daxil) təchizatı ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Estet” MMC-dir.
Qalib şirkətə 2 992,5 min manat ödəniləcək.