Josep Borelin Gürcüstana səfərinin vaxtı məlum olub

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel sentyabrın 7-8-də Gürcüstanda səfərdə olacaq.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, J.Borelin Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşü planlaşdırılır.

Səfəri zamanı Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər nəzərdən keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *