İşə qəbul müsahibəsində nələrə diqqət edilməlidir? – Analitika
İşə qəbul prossesinin ən vacib amillərindən biri müsahibədir. Dünyanın hər bir nöqtəsində namizədlər araşdırıldıqdan sonra işə qəbul olunurlar. Müəssisə daxilində insan kapitalının aparıcı qüvvə olması rəhbər şəxslərin işçi seçimində diqqətcil olmasını tələb edir. İşə götürülən şəxsin şirkətin gələcək fəaliyyətində rol oynaması, müəssisənin inkişafına təkan verə və ya onu yavaşlada bilər.
Vakansiyanın elanından sonra seçilmiş CV-lər əsasında baş tutan müsahibə prosesində namizədin davranışı və bilikləri mühim rol oynayır. Namizədin “özünü tanıtma qabiliyyəti” işə götürəndə onun haqda müəyyən fikrin formalaşmasına imkan verir. Real təcrübə onu göstərir ki, işə götürənlər əsasən namizədin şəxsi keyfiyyətlərinə üstünlük verir. Bu keyfiyyətlər arasında namizədin məsuliyyəti, işi qavraması və intilekti ön plana çıxır.
Bəzi hallarda namizədin təcrübəsi kifayət qədər çox olsa da, şəxsi keyifyyətləri və özünü tanıtmaq qabiliyyətinin aşağı olması onun vakansiyanı qazanmasına mane olur. Ekspertlərin fikrincə belə olduğu təqdirdə namizədin korporativ qaydalara daha dərindən yiyələnməsi yaxşı olar. Çünki işəgötürən şirkət daxilində nizam-intizam qaydalarının qorunmasına hər zaman diqqət edir. Bu səbəbdən namizəd müsahibə mərhələsinə ciddi hazırlaşmalıdır.