İşə düzəlmək üçün nələrə diqqət etmək lazımdır?
İşə qəbul olmaq istəyən namizəd bəzən müraciət etdiyi vakansiyadan müsbət və ya mənfi cavab ala bilmir. Bu halda namizədlər günahı işə götürənlərdə axtarır. Halbuki, dünya praktikasında vakansiyanı qazanmaq üçün namizədin riayət etməli olduğu bəzi qaydalar var.
İşə qəbul olmaq istəyən namizəd CV-sinin dolğun və cəlbedici olduğundan əmin olmalıdır. CV-lər namizəd haqda işəgötürənə ötürülən ilkin məlumatdır. Paralel olaraq, vakansiya müraciət edən namizəd, vəzifəyə uyğun olduğuna tam əmin olmalıdır.
ENDRYU LAKİVİTA
“LaCivita” cəmiyyətinin sədri
“Bir məsələ var ki, işə götürmək istədiyim namizədə tam əmin ola bilmirəm. Onun vakansiya uyğun olub-olamdığını bilmirəm. Bu zaman ona email yazıram. Qərarı onların CV-lərinə uyğun olaraq verirəm. Namizədlər kifayət qədər çoxdur. Şirkət sahibləri hər zaman daha çox təcrübəsi olan kadrlara üstünlük verir. Amma qərar hər zaman bundan asılı olmur. Bəzən də elə olur ki, siz bir işə müraciət edirsiz, amma başqa işə yönləndirilirsiniz.”
Bəzi hallarda namizədlər 3 və ya 4 səhifəlik CV formalarının cəlbedici olduğunu düşünür. Bir çox işə götürən bu cür CV-lərə maraq göstərmir. Paralel olaraq qəbul olmaq istədiyiniz şirkət daxilində tanıdığınız insanlar varsa, onlardan məsləhət almaq tövsiyə edilir.