İqtisadiyyat Nazirliyi yeni inzibati binasına köçməyə başlayıb

İqtisadiyyat Nazirliyi mayın 29-da Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində istifadəyə verilmiş yeni inzibati binasına köçməyə başlayıb.

Bu barədə nazirlikdəki mənbə məlumat verib.

Xatırladaq ki, qurumun yeni inzibati binası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *