“Invest-AZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropa Mərkəzi Bankı inflyasiyanın yüksəlməkdə davam edəcəyinə baxmayaraq, yumşaq monetar siyasətin davam etdiriləcəyini açıqlamasından sonra EURUSD sürətlə ucuzlaşmağa başlayıb və trend 1.14$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də önəmli rol oynayacaqdır.
GBP
GBPUSD məzənnəsi də dəstək görən dollar indeksi fonunda təzyiq altındadır. Neft qiymətlərində korreksiya da funt sterlinqin ucuzlaşmasına təsir edən səbəblər arasındadır. Beləliklə, GBPUSD kursu 1.36$-a kimi düşə bilər.
İngiltərə Mərkəzi Bankının cümə axşamı saat 16:00-da yayımlayacağı faiz qərarı da investorların diqqət mərkəzindədir.
TRY
USDTRY məzənnəsi çərşənbə günü saat 11:00-da açıqlanacaq Türkiyədə inflyasiya göstəriciləri fonunda korreksiya etməkdədir. İnflyasiyada artım lirənin ucuzlaşmaqda davam etməsinə, düşüş isə bahalaşmasına səbəb ola bilər.
OIL
Neft ehtiyatlarında artıma dair məlumatların yayımlanmasından sonra Brent neftinin qiymətində korreksiya başlayıb və 82 dəstəyinin qırılması ilə bir barel qiymət 78$-a kimi geriləyə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların bir ilin maksimumuna yüksələcəyi proqnozları qızıl qiymətini də təzyiq altında saxlayır. Təhlillər əsasən, bir unsiya qiymət 1778$-ı (57.2$/qram) da qırarsa, ucuzlaşma 1757$-a (56.5$/qram) kimi dərinləşə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət 09.01.2016-cı il tarixli 087986 saylı lisenziya əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.