İnformasiya müharibəsi vacibdir!
Dağlıq Qarabağ mövzusunda aparılan debatlar və münaqişə barədə həqiqətləri çatdırmaq üçün informasiya müharibəsi vacib məsələdir. Bu münaqişədə informasiya müharibəsi qızğın şəkildə aparılır. Təssüflər olsun ki, qarşı tərəfin formalaşdırdığı arqumentlər və əsaslandırdığı fikirlər hər nə qədər həqiqətə uyğun olmasa belə, ictimaiyyət tərəfindən dinlənilir. Bəzi hallarda isə, onlara müsbət reaksiya da verilir.
Bu səbəbdən informasiya müharibəsində mütəşəkkil olmaq lazımdır. Əsaslandırılan hər bir arqumentə əks arqument qoyulmalı və tarixi faktlar üzərindən qarşı tərəfin fikirləri dağıdılmalıdır.
“Kontaktsız müharibə” adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. 1940-cı illərdən tədricən tətbiqinə başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üçtünlük informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar;
- İnformasiyadan müdafiə – öz məlumatlarınıın və inforamasiya strukturlarının düşmən təsirlərindən müdafiəsi. Bura informasiyaların strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s daxildir.
- İnformasiya zərbəsi – düşmənin informasiya infrastruktrunun tam məhv edilməsi və düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək. Burada zərbə vasitəsi kimi strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.
Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların silahların, diversiya qruplarının və xakerlərin köməyi ilə həyata keçirilir.
“Kontaktsız müharibə” adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. 1940-cı illərdən tədricən tətbiqinə başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üçtünlük informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar:
- İnformasiyadan müdafiə – öz məlumatlarınıın və inforamasiya strukturlarının düşmən təsirlərindən müdafiəsi. Bura informasiyaların strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s daxildir.
- İnformasiya zərbəsi – düşmənin informasiya infrastruktrunun tam məhv edilməsi və düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək. Burada zərbə vasitəsi kimi strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür..
Dəqiq silahlardan fərqli olaraq informasiya qeyd edildiyi kimi daha çox dağıdıcı xarakter daşıyır və bütövlükdə döyüşən strukturları, iqtisadi və sosial sistemləri sıradan çıxarır. İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. Ekspertlərin fikrincə, informasiya mübarizəsində yüksək dəqiqlikli informaisiya resursları həm aktiv, həm də passiv müdafiə üçün yığcam proqramlardan ibarət sistemə malik olmalıdır. Düşmənin Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Sisteminin aktiv və passiv təsir göstərə biləcək informasiyaları təkcə qorumaq deyil, onlara eyni zamanda əks təsir də göstərə bilməlidir.
Iqtisadchi.az-la qalın!