İnfilyasiya 2.8-3% olacaq. Növbəti il isə…
Bu ilin nəticələrinə görə, Azərbaycanda inflyasiyanın səviyyəsi 2,8-3%, 2021-ci ildə isə 3,6-4% diapazonunda qalacağı gözlənilir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, qeyd olunan proqnoz horizontunda inflyasiyanın dinamikası monetar şəraitlə yanaşı, əhəmiyyətli dərəcədə fiskal siyasətin reallaşmasından asılı olacaq.
“Dünya iqtisadiyyatının resessiyasının pik nöqtəsindən çıxması prosesi çox ləng gedir. Bu da dünya əmtəə və maliyyə bazarlarına neqativ təsir edir. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatı üzrə verdiyi yeni proqnoza görə, 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4% azalma gözlənilir. Lakin dünyada epidemioloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində bu proqnozun reallaşmasına mənfi təsir göstərə bilər”, – deyə E. Rüstəmov qeyd edib.