IEA: “OPEC+” ölkələri noyabrda öhdəliklərini 101% yerinə yetirib
“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının ölkələri noyabr ayında gündəlik neft hasilatını 34,31 mln. barelədək azaldaraq öhdəliklərini 101% yerinə yetirib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata görə, “OPEC+” razılaşmasının artıqlaması ilə təmin edilməsi razılaşmaya qatılan 10 OPEC ölkəsi hesabına yerinə yetirilib. Sözügedən ölkələr noyabrda öhdəliklərini 105% yerinə yetirib.
Agentlik qeyd edir ki, “OPEC+”a daxil olan digər ölkələr öhdəliklərini 95% yerinə yetirib.
Xatırladaq ki, Azərbaycan noyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100% yerinə yetirib.
Dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.