IEA: Bu il təbii qaza qlobal səviyyədə tələbat 3,6% artacaq
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il təbii qaza qlobal səviyyədə tələbatın 3,6% artacağını proqnozlaşdırır.
Bundan başqa, təşkilat 2022-2024-cü illərlə bağlı da proqnozlarını açıqlayıb və tələbatda 1,7% artım gözlədiyini bəyan edib.
IEA hesab edir ki, 190 ölkənin imzaladığı və qlobal istiləşməni 1,5 dərəcə məhdudlaşdırmağı hədəfləyən Paris razılaşması ənənəvi yanacağın istifadəsini azaltmağı nəzərdə tutsa da, qısa müddətdə “mavi yanacaq” istehlakını azaltmayacaq.
“Əgər ölkələr 2050-ci ilə qədər “0 emissiya” siyasətini davam etdirməsə, təbii qaza tələbat artmaqda davam edəcək”, – deyə IEA bəyan edib.