Hikmət Hacıyev: ““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və təhqirlərini qətiyyətlə pisləyirik”
““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Azərbaycanlı mülki şəxslərinin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”, – deyə Prezidentin köməkçisi vurğulayıb.