Hikmət Hacıyev Brüsseldə Aİ rəsmisi ilə görüşüb

Hikmət Hacıyev və Oliver Varhelyi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Oliver Varhelyi özünün tvitterdəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı müzakirə edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *