Harvard professoru: “Karyera yüksəlişinə nail olmaq istəyirsizsə…”

İşə yeni qəbul olan gənc nəslin əsas diqqət etdiyi məqamlardan biri də karyera yüksəlişi imkanlarıdır. Belə ki, çalışdığı şirkətdə işi ilə paralel, karyerasında irəliləyişə nail olmağa çalışan gənc, bunun üçün effektivlik səviyyəsinin yüksəldilməsinə çalışır. İri şirkətlərdə bu tip işçilər arasında rəqabət yüksək olur və məhz bu amil müəssisənin böyüməsinə imkan yaradır. Sual yaranır. Bəs, karyera yüksəlişinə nail olmaq üçün nələrə diqqət etmək lazımdır?

LİNDA SPENSER

Harvard universitetinin professoru

“Karyera yüksəlişinə nail olmaq üçün şirkətin tələblərinə hər zaman cavab verməlisiniz. Bu, vacib amildir. İşə götürəni də araşdırmalısınız. Onun kriteriyalarını və diqqət etdiyi məqamları yaxşı bilməlisiniz. Çünki sizin karyera yüksəlişiniz həmin insandan asılıdır. Eyni zamanda, çalışdığınız sahəni dərindən araşdırmağa çalışın. Çünki sektorda ən yaxşı olmalısınız ki, karyera yüksəlişinə sürətli və effektiv şəkildə nail ola biləsiniz. Bacarıqlarınız haqda danışmaqdansa, onu göstərin. Əgər rəhbəriniz diqqətli insandırsa, buna dərhal fikir verəcək.”

İnsan resursları mütəxəssislərinin fikrincə, karyera imkanları hər bir namizədin işə müraciət zamanı diqqət etdiyi ən vacib meyarlardandır. Ölkəmizdə bir çox hallarda rəhbər şəxslər işçilərini bu tip imkanlardan məhrum edir. Nəticədə, işçilərin effektivlik səviyyəsinin tədricən azalır və müəssisədə ciddi artıma nail olmaq çətinləşir.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *