Həmkarlar İttifaqları Konfederasiyasında uğurlu təyinat!

Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Iqtisadchi.az”a verilən məlumata görəAHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyinə “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistiukası haqqında”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2020-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında”, “Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2020-ci il üzrə hesabatı haqqında”, “2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş   gənclərə  “İlin peşəkar gənci”  fəxri adının təsis edilməsi haqqında”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müasabiqəsinin 2020-ci il üzrə yekunları haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

İclasda təşkilat məsələsinə də baxılıb və İlmir İsmayılov Azərbaycan Respublikası Turizm  və Ekskursiyalar Şurasının sədri seçilib.

Qeyd edək ki, İlmir İsmayılov uzun müddətdir turizm sektorunda fəaliyyət göstərir və xarici-daxili turizm istiqamətində bir çox layihələrə imza atıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *