Gənclərin iş yerlərində motivasiyaya ehtiyac varmı? Maddi yoxsa Mənəvi? – Araşdırma

Real təcrübə göstərir ki, kadr uzun müddət eyni işi gördükdə onda ruh düşkünlüyü yaranır.

Iqtisadchi.az xəbər verir ki, Müəssisə daxilində daim yenilik və innovasiya axtarışında olan işçilərin motivasiyası İnsan Resusrları mütəxəssislərinin daim diqqət mərkəzində olur. Amma motivasiya üsulları fərqli olduğundan kadrlar üzərində effektivliyi eyni deyil. Bunun üçün işçinin fərdi xarakteristikası nəzərə alınmalıdır.

DAVİD BURKUS

İnsan Resursları mütəxəssisi

“İlk növbədə, işçilərə onların nə dərəcədə vacib olduqlarını aşılamaq lazımdır. Gördükləri işlərin şirkət üçün vacibliyi və mühimliyi qabardılmalıdır. Hər kəs ümumi bir ideya ətrafında birləşməli  və ona xidmət etməlidir. İşçilər gördükləri işlərin faydalı və lazımlı olduğuna inanmalıdırlar. Motivasiya üçün onları ruhlandırıcı ifadələrə üstünlük verin. Qeyri-maddi motivasiya vasitələri kimi bunlar çox önəmlidir.”

Ekspertlərin fikrincə, müəyyən bir perioddan sonra inkişafına fasilə verən kadrın zamanla işə marağı azalmağa başlayır. Motivasiya vasitələrindən istifadə işçilərin əməklərini sevməsinə və şirkətə daha çox bağlanmasına gətirib çıxarır. Hazırda iri korporativlər işçilərinin yüksək motivasiyasına ciddi önəm verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *