Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 21% artıb
Bu ilin I yarısında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6 212,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 21,3% çoxdur.
Yanvar-iyunda qonşu ölkənin ixracının dəyəri 25,5% artaraq 1 887,5 milyon dollar, idxalının dəyəri isə 19,5% artaraq 4 324,6 milyon dollar olub.
Hesabat dövründə xarici ticarətdə yaranan kəsir 2 437,2 milyon dollar təşkil edib ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 39,2% olub.