Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, borcun məbləği sentyabrda dəyişməyib.

Gürcüstanın ümumi xarici dövlət borcu isə 7,9 milyard dollara bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə – Türkiyə (8,529 milyon dollar), Rusiya (31,57 milyon dollar) və Ermənistana (4,21 milyon dollar) olan borcu da aylıq müqayisədə dəyişməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *