Gürcüstanda hərbçilər sürüşmə zonasında axtarışlara cəlb ediliblər – FOTO

Gürcüstanın Müdafiə Qüvvələrinin hərbçiləri Oni bələdiyyəsində sürüşmə zonasına cəlb ediliblər.

Tbilisi müxbiri Gürcüstanın İctimai Televiziyasına istinadən xəbər verir ki, xüsusi avadanlıqlarla təmin edilmiş hərbçilər axtarış-xilasetmə əməliyyatlarında iştirak edəcəklər.

Axtarışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulub.

İtkin düşənlər arasında uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, artıq 11 nəfərin meyiti torpaq kütləsinin altından çıxarılıb, 25 nəfərin isə itkin düşdüyü bildirilir.

Təbii fəlakətin baş verməsinin üzərindən artıq 1 sutkadan artıq vaxt keçib.Foto

Leave a Reply

Your email address will not be published. Required fields are marked *