Gələn il manatın məzənnəsi dəyişəcək?

“2021-ci ildə manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin xərclərində işğaldan azad edilən ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb: “Sosial sahə ilə bağlı büdcə xərcləri 38,9 faizə çatdırılıb. Ölkənin müdafiə qabiliyyətinin artırılması da təqdirəlayiq hesab edilib”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *