Gənclər hansı işləri seçməlidir? – Araşdırma
Son zamanlar əmək bazarı üzrə çalışanların əksəriyyətini gənclər təşkil edir. Belə ki, iqtisadi fəal əhali arasında 21-49 yaşa aralığında olan şəxslərin sayı ümumi göstəricinin təxminən 71%-nə bərabərdir. Azərbaycanda iqtisadi inkişaf nəticəsində gənclərin işlə təminində əhəmiyyətli addımlar atılıb. Buna baxmayaraq, bu yaş aralığında işsiz şəxslərin sayı digər kateqoriyalara nisbətdə daha çoxdur. Mütəxəssislərin fikrincə, bunun səbəbi gənclərin zamanla əmək bazarının tələblərinə uyğunlaşmamasıdır.
EMİ HİQİNZ
Kommunikasiya direktoru
“Əsas işim biznes və korporativ subyektlərlə danışmaqdır. Onların ehtiyaclarını və tələblərini öyrənirəm. Əsasən əmək bazarına daxil olan gənclərlə söhbət edirəm. Hazırda gənclər çalışmaq istədiyi vəzifəyə yox, müəssisə və ya sektora önəm verir. Amma nəzərə alınmalıdır ki, hər bir müəssisə daxilində müxtəlif peşə və vəzifələr mövcuddur. Xidmət göstərənlər, rəhbərlər, maliyyəçilər və digər kateqoriyadan olan işçilər. Bütün bunlar korporativ daxilində mövcud ola biləcək peşələrdir. Buna görə də, gənclər seçim etməlidir. Həmin sektor və müəssisədə hansı işi görmək istəyirlər? İş seçimində əsas amil məhz, budur.”
İqtisadi və texnoloji inkişafla paralel, yeni vəzifələr və vakansiyalar meydana gəlir. Bir çox ölkələrdə işsiz gənclər əmək bazarında yaranan yeni tələblərə uyğun gəlmədiyi üçün məşğulluğa cəlb olunmaqda çətinlik çəkir. Ekspertlərin fikrincə əmək bazarının tələblərini qarşılamaq üçün fərdin təhsil səviyyəsi hər zaman diqqətdə saxlanmalıdır.