Gəlirlərimiz xərclərimizi qarşılayırmı? Real vəziyyət – Ekspert rəyi

Son 1 ildə sərt karantin rejiminin tətbiqi və pandemiya şəraiti ilə əlaqədar, insanların gəlirlərində azalma baş verib. Amma digər tərəfdən xidmət sektorunda fəaliyyət göstərən bir çox obyektlərin bağlanması ilə, əhalinin xərcləri də əvvəlkinə nisbətdə bir neçə dəfə azalıb. Bu səbəbdən, iqtisadi fəal əhalinin gəlir və xərcləri arasında disbalans məsələsi ön plana çıxıb. Belə ki, gəlirləri artan bir qrup əhali büdcə diversifikasiyasında alternativlərə yönəlib.

ENDRYU LAKİVİTA

Karyera yüksəlişi üzrə ekspert

“Fikrimcə, əsas diqqət edilməli məsələ xərclərimizdir. Gəlirlərimiz xərclərimizi təyin edir. Gəlir dedikdə, yalnız aylıq əmək haqqınız nəzərdə tutulmur. Siz əlavə bir iş görüb ona görə də müəyyən gəlir əldə edə bilərsiniz. Amma bu tip gəlirlər daimi olmur və insanlar üçün bir müddətdən sonra çətinliklər yaradır. Əmək haqqı stabil olmalıdır. Hər əlavə gəlirə görə, xərcləri artırmaq düzgün seçim deyil.”

Ekspertlər, əmək haqqı və xərclərin artım tendensiyasının paralel olduğu qənaətindədir. Amma büdcə idarəsinin düzgün aparılması, gəlirlərin xərcləri üstələmisnə səbəb ola bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *