Fransa səfiri Bərdədə baş verənlərə münasibət bildirib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində mülki şəxslərin ölümündən kədərləndiyini bildirib.
Bu barədə fransalı diplomat “Twitter”də bildirib.
“Bərdədə insan itkisindən çox kədərləndim”, deyə Zaxari Qross qeyd edib.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb.
İstinad: APA.