“Fitch” SOCAR-ın reytinqini təsdiqləyib
![](https://iqtisadchi.az/wp-content/uploads/2021/11/fitch-1024x538.jpg)
“Fitch” beynəlxalq reytinq agentliyi Hökumətlə Əlaqəli Qurumların (GRE) Reytinq Meyarlarına uyğun olaraq Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Azərbaycanın suveren reytinqinə (BB+/Stabil) bərabərləşdirilib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi, o cümlədən şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.