Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur
Azərbaycanda 1 fevraldan etibarən ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur.
Bu Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Qərara əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.