Evimizi zəbt edən ermənilər və havadarları!

Deməli, bir gün evdə oturduğun yerdə icazəsiz bir nəfər içəri daxil olur və keçir oturur otağında. Bu işdə də ona üst qonşun kömək edir. İkisi bir yerdə səni döyür, söyür və bir də baxırsan ki, artıq otaq zəbt olunub. Digər qonşular bunu yaxşı qarşılamırlar, amma hər biri çəkilib öz evində problemlərini müzakirə edir. Day, sənin orada çəkdiyin əziyyəti başa düşən yoxdur və onlara heç maraqlı da deyil.Zamanla sənin otağı zəbt edən şəxs başlayır orada öz istədiyi kimi şərait qurmağa və deyir ki, yoxe nə danışırsan bu otaq elə bina tikilməmişdən qabaq da mənim dədə-babamın idi. Özü də arsız kimi buna qonşuları da inandırmağa başlayır.

Bir müddət sonra sənin mətbəxindən gizlincə yeməyini yeməyə başlyır, ərzaqlarını da öz otağına daşıyır. Səni də bir tərəfdən inandırmaq istəyir ki, “əşi hə də çıxacam”. Sən də oturub gözləyirsən.Bu əsnada, onu gətirən yuxarı qonşu ilə tez-tez danışıqlar aparırsan ki, “Axı belə olmaz. Gəldiniz, sırtıq kimi onu mənim otağımda yerləşdirdiniz, gör neçə vaxtdı gözləyirəm, amma bir tədbir görən yoxdur. İndi mən neyləyim? İcazə verin, heç olmasa özüm təkbətək məsələni həll edim onunla”. Yuxarı qonşu da arabir ikinizi də çağırır, söhbət edir, sonra yola verib gedir.

Bir müddətdən də sonra otağını zəbt etmiş şəxs başlayır sənin evinə ziyan vurmağa. Bir gün güldanı qırır, bir gün televizorunu xarab edir və s. Bu, sənin əsəblərinə toxunur. İstəyirsən heyif çıxasan, amma sırv sülh pozulmasın deyə səbr etməli olursan.Hə bir qonşun da var ki, bütün bu məsələlərdə səni başa düşür. O da qapı qonşun olur ki, onunla da sən yerli çıxırsan və zamanla çox mehribanlaşırsız. Çünki özü də bu parazitdən zamanla çox əziyyət çəkib. Amma bu qapı qonşun da özünə görə hörmət sahibi adam olur. Hər yerindən duran ona sözün keçirə bilmir.

Bir gün qapı qonşun sənə deyir ki, ay qardaş day neçə ildi gözləyirsən, bəsdi day, mən sənə dəstəyəm, çıxar o sırtıq adamı otağından, day illərdir sömürür səni. Sən də bezib zorla başlayırsan onu bütün rəsmi sənədlərlə və kupça ilə sənə aid olan otaqdan çıxarmağa.Bu zaman həmin sırtıq şəxs başlayır “şüvənliyə” və qışqır-bağır salır ki, “bəs bu ikisi məni döyür, “öz otağımdan” çıxarmağa çalışır”. Qonşular da tökülüşüb gəlir ki, “niyə çıxarırsan onu otaqdan, axı sənə dedik ki, bir yolunu tapacağıq”. Sən də başa salırsan ki, bəs ev mənimdi, rəsmi kupçam da var, otağımı zəbt eliyib, bəs sizin otağınızı kimsə belə zəbt eləsə xoşuna gələr, ya yox? Gör neçə ildi gözləyirəm, dəyişən heçnə də yoxdur”. Əslində onlar sənə haqq verirlər. Amma bir tərəfdən də başa düşürlər ki, qonşunun evinə girən parazit sabah ordan çıxsa, sabah onların da zəhləsini tökəcək. Ona görə də deyirlər ki, qoy qalsın elə orda.

Amma sən də bununla barışmaq istəmirsən. Çünki hamı rahat yaşasın deyə, sənə haqsızlıq olunur. Yalandan parazitə 2-3 dənə şikayət sənədi verib durublar. Nəticədə bütün təzyiqlərə baxmayaraq deyirsən ki, “ya o sırtığı otağından qovacaqsan, ya da qonşuların hay-küy salmasın deyə vəziyyətlə barışıb oturacaqsan”.

Reallıq isə onu deyir ki, sənin problemini özündən başqa heç kim həll etməyəcək. Çıxar onu ordan, bitsin bu məsələ.Bax beləcə illərdir Ermənistan sırtıq kimi gəlib otağımızı zəbt eliyib oturub orada. Yuxarı qonşu Rusiya ona altdan-altdan dəstək olur, qapı qonşumuz və yerlimiz Türkiyə isə bizə hər növ dətəyi göstərməkdə hazır olduğunu deyir. Hə bir də aşağı qonşumuz İran var. Orada da aləm dəyib bir-birinə. Alt mərtəbədə yerlilərimiz çoxdu. Amma evin rəisi bu sırtıq adamın tərəfini saxlayır deyə, onlarla da bir ola bilmirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *