Ermənistan silahlı qüvvələrinin Ağdam istiqamətində təxribatı nəticəsində iki hərbçimiz yaralanıb
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Xəbərə görə, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.ƏtraflıAd – 00:22
“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, MN-in məlumatında deyilir.