“Ermənistan Naxçıvana hücum edə bilərmi?”. TBMM sədrindən münasibət
“Ermənistanın Naxçıvana geniş miqyaslı hücumu olacağına düşünmürəm”.
Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
M. Şentopun sözlərinə görə, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək, özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın: “Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllıdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri bir neçə gün əvvəl Naxçıvana raket atıb. Raket Ordubad rayonu ərazisinə düşüb.