Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub
Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: “Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.