Erməni hücumlarə nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub
04, 11, 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır.
Erməni təxribatları nəticəsində 297 nəfər yaralanıb. onlardan 69 qadın, 32 uşaqdır.