Ermənistanın təxribatı nəticəsində 500 mülki obyekt və 2734 yaşayış evi yararsız vəziyyətə düşüb
![](https://iqtisadchi.az/wp-content/uploads/2020/11/ermenistan.jpeg)
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.
Bundan başqa, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2 734 yaşayış evi yararsız vəziyyətə düşüb.